Azərbaycanda dollar və rubl ucuzlaşıb, avro bahalaşıb
Azərbaycan Mərkəzi Bankı bu günə olan valyuta məzənnələrini açıqlayıb. Yeni məzənnəyə əsasən, ABŞ dollarının dəyəri bir qədər də ucuzlaşıb. Hazırda bir dolların kursu 1,0485 manat təşkil edir. Rusiya rublunun dəyəri də ucuzlaşaraq hər 1000 rubla 21 manat təşkil edib.
Avronun isə artmaqdadır. Mərkəzi Bankın yeni kursuna əsasən, 1 avro 1,1688 manatdır.
Qeyd edək ki, məzənnənin müəyyənləşdiyi bivalyuta səbətinə ABŞ dolları, avro və rubl daxildir.