Riqa sammitinin keçirildiyi bina havadan və sudan da mühafizəyə götürüldü

"Avropa İttifaqı "Şərq Tərəfdaşlığı" proqramının Riqa sammitində əsas müzakirələr bu gün keçirilir. Artıq sammitdə iştirak edəcək dövlət rəhbərləri Riqadadırlar. Sammitin keçirildiyi bina havadan, sudan və qurudan mühafizə olunur".

 
Sammitin keçirildiyi Latviya Milli Kitabxanasının qarşısına Ukrayna və Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyən qrup toplaşıb. Aksiya iştirakçıları Ukrayna və Gürcüstanın ərazi bütövlüyünün bərpasını, Rusiya neftindən və pulundan kütləvi imtinanı, Ukrayna vətəndaşlarına Avropa İttifaqı ölkələrinə gediş-gəliş üçün vizaların ləğvini, Ukrayna və Gürcüstanın Avropa İttifaqına qəbulunu tələb edirlər. 

 
Sammitin də əsas mövzularından birinin Krım məsələsi olacağı gözlənilir. Finlandiyanın baş naziri Aleksandr Stubb bəyan edib ki, Krım məsələsi mütləq müzakirə olunmalıdır. Çünki "sammitə gəlmək və mövzunun müzakirəsindən yayınmaq olmaz". Sammitin yekununda Krımla bağlı qətnamənin qəbulu gözlənilir. 

 
Sammitdə iştirak edən Avropa Birliyi ölkələrinin liderləri bəyan edirlər ki, "Şərq Tərəfdaşlığı" kiməsə qarşı yönəlməyib.

 

Müəllif | Apa.Tv