Yanmış binanın təmirinə başlandı - VİDEO
Bir neçə gün bundan öncə bu binada dəhşətli yanğın baş verib. APA TV-nin məlumatına görə, 15 nəfərin ölümü, 50 nəfərin yaralanması ilə nəticələnən hadisə nəticəsində bina yanaraq yararsız hala düşüb. Səhər saatlarından etibarən binada təmir-bərpa işlərinə başlanılıb. Hazırda isə binanın yanmış hissələri təmizlənir.
Fəhləlilərin ilk işi yanğın zamanı salamat qalan üzlükləri qoparmaq olub. Səhər saatlarından başlayan təmizləmə işlərinin xeyli hissəsi başa çatıb. Binanın təmir-bərpası barədə qərar qəbul edilib, Nazirlər Kabineti bu işlər üçün 3 milyon manat ayırıb. Binada yaşayan sakinləri isə əşyalarını mənzillərdən çıxarmağa davam edirlər.
Qeyd edək ki, 16 mərtəbəli binanın yanması nəticəsində evsiz qalan 12 ailə Goradil qəsəbəsindəki pansionatda, 34 ailə isə kirayə evlərdə məskunlaşıb. Kirayələrin ödənilməsi üçün hər ailəyə ayda 600-700 manat vəsait ödəniləcək.
Sakinlər məktəb, bağça və digər şərtləri nəzərə alaraq əsasən yanan binanın yaxınlığında kirayə ev tutublar.