Riqada Ukraynaya 1,8 milyard dollarlıq yardımın çatdırılması ilə bağlı memorandum imzalanıb

Riqada Avropa İttifaqının "Şərq Tərəfdaşlığı" proqramının sammiti çərçivəsində Ukraynaya 1,8 milyard dollarlıq yardımın çatdırılması ilə bağlı memorandum imzalanıb.

 

APA TV-nin Riqaya ezam olunmuş xüsusi müxbiri xəbər verir ki, Avropa İttifaqının Ukraynaya yardım ayırması ilə bağlı qərar bu ilin əvvəlində Avropa Komissiyası tərəfindən qəbul edilib.

 

Yeni memorandumda isə yardımın 600 milyon avroluq tranşlar şəklində yaydan Kiyevə təqdim olunmasını nəzərdə tutur. Yardım Brüssellə razılaşdırılmış islahatlar paketlərinin həyata keçirilməsi üçün ayrılır.

 
Riqadakı imzalama mərasimində büdcə məsələləri üzrə Avropa komissarı Valdis Dombrovskis, Ukrayna Milli Bankının sədri Valeriya Qontaryova və maliyyə naziri Nataliya Yaresko iştirak ediblər.

 
Büdcə məsələləri üzrə Avropa komissarı Valdis Dombrovskis imzalama mərasimində bəyan edib ki, Ukraynaya 1,8 milyard avro vəsaitin ayrılması Avropa İttifaqının yardım proqramının bir hissəsidir. Onun sözlərinə görə, Ukraynaya yardım üçün daha geniş paket mövcuddur. Beynəlxalq Valyuta Fondu 25 milyard avro həcmində yardımın ayrılmasını razılaşdırıb.

Müəllif | Apa.Tv
Apa.tv