Bakıda binaların üzlüklərinin sökülməsi davam edir

Binəqədi rayonunda baş verən yanğından sonra paytaxtın digər rayonlarında da yanğına həssas üzlüklərin sökülməsi iki gündür davam edir.

 

APA TV-nin xəbərinə görə, bu gün Azərbaycan Dövlət Tibb Universitetinin Tədris Cərrahiyyə Korpusunun da üzlüklərinin sökülməsinə başlanılıb. Müəssisədən bildirilib ki, üzlüklər  yanğına həssas materialdan olduğu üçün sökülməsi qərara alınıb.

 

Nərimanov rayonunda da binaların üzlükləri sökülür. Heydər Əliyev Mərkəzinin yaxınlığında, Təbriz prospektində yerləşən 9 mərtəbəli yaşayış binalarındakı üzlüklər sökülüb. Həmçinin Teymur Əliyev küçəsində yerləşən binalardakı üzlüklər tamamilə çıxarılmasına başlanılıb.

 

Qeyd edək ki, dünəndən başlayaraq Sabunçu rayonunun Bakıxanov qəsəbəsi, Binəqədi və Xətai rayonlarında da üzlüklərin sökülməsi işləri davam etdirilir. 

Müəllif | Apa.Tv
Apa.tv