Qazaxda da yanğına həssas üzlüklər sökülür

Qazaxda yaşayış binasının fasadına vurulan yanğına həssas üzlüklər sökülür.

 

APA TV-nin qərb bürosunun verdiyi məlumata görə, dünəndən başlayaraq rayonun Son Beş qəsəbəsində yerləşən 50 ailəli 5 mərtəbəli binanın fasadında olan yanğına həssas üzlüklər sökülməyə başlayıb.

 

Qazax rayon İcra Hakimiyyətindən bildirilib ki, rayonda həssas üzlüklə üzlənən bir bina var və onun üzlüyü söküldükdən sonra yenidən tikinti normalarına uyğun olaraq suvanıb rənglənəcək.


Xatırladaq ki, mayın 19-da Bakıda yanğına həssas üzlüklü 16 mərtəbəli binada 15 nəfərin ölümü ilə nəticələnən yanğın baş verib.

 

Müəllif | Apa.Tv
Azər Məmmədli