Eyfel qülləsi cibgirlərə görə bağlandı

Fransada Eyfel qülləsinin işçiləri etiraz aksiyası keçirib.

 

APA TV-nin məlumatına görə, etiraz aksiyası səbəbindən qüllə ziyarətçilərin üzünə bağlanıb.

 

Etiraza səbəb ölkənin ən görməli yerinin yaxınlığında cibgirlərin sayının artmasıdır.  Məlumata görə, cibgirlər 4-5 nəfərdən ibarət dəstə təşkil edirlər. Hərdən onların sayı 30-a çatır.

 

Qüllə əməkdaşların əsas tələbi "hər gün çoxsaylı turistin qurbanı olduğu bu müsibətə son qoymaq üçün uzunmüddətli və effektiv tədbirlərin qəbul edilməsi ilə bağlı rəhbərlikdən rəsmi zəmanət almaq"dır.

 

Müəllif | Apa.Tv