Səudiyyə Ərəbistanında şiə məscidi partladıldı: 30 ölü

Səudiyyə Ərəbistanının əl-Qədi şəhərində məscidə hücum olub.

 

APA TV-nin məlumatına görə, İmam Əli məscidinə daxil olan üzərindəki bombanı partladıb.

 

Şiə məscidində baş verən partlayış zamanı ən azı 30 nəfər ölüb. Hadisə ilə bağlı məsuliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürüb. Təşkilat internetdə yaydığı məlumatda partlayışda 250 nəfərin öldüyünü iddia edib. Eyni zamanda təşkilat terrorçu-kamikadzenin də adını açıqlayıb. Bu, Əbu Ammar al-Najdidir.

 

Qeyd edək ki, ötən gün Yəməndəki şiə məscidinə də hücum edilmiş, 13 nəfər yaralanmışdı.

 

Müəllif | Apa.Tv