Con Kerri: "Gürcüstanın NATO-ya üzv olmasına dəstək verəcəyik"

Vaşinqton Gürcüstana NATO-ya üzv olmaq üçün köməklik göstərəcəyini bəyan edib.

 

APA TV-nin məlumatına görə, bu bəyanatı ABŞ-ın dövlət katibi Con Kerri açıqlayıb.

 

"Gürcüstanın Avropa İttifaqına assosiasiya olunmasına və NATO-ya üzv olmasına dəstək verəcəyik. Biz Tbilisi ilə əlaqələrimizi yüksək dəyərləndiririk. ABŞ Gürcüstanın ərazi bütövlüyünü tanıyır. Biz Gürcüstana birlik və inkişaf arzulayırıq" - deyə diplomat bildirib.

Müəllif | Apa.Tv
Apa.tv