Şəkidə canavarlar kəndə hücum etdi

Şəkidə vəhşi heyvanlar kəndə hücum ediblər. APA-nın yerli bürosunun verdiyi məlumata görə, ötən gecə Qudula kəndində canavarlar Fikrət Məmmədov, Əlövsət Süleymanov, Fikrət İbrahimov və Nemət Əliyevə məxsus şəxsi təsərrüfatlara hücum edərək, 60-dan çox xırdabuynuzlu heyvanı məhv edib.

 

Hadisə ilə bağlı Şəki Rayon İcra Hakimiyyəti başçısının Qudula kəndi üzrə nümayəndəsi Rəşad Cumayev APA-ya bildirib ki, hazırda təsərrüfatlara dəymiş ziyan dəqiqləşdirilir.

 

Onun sözlərinə görə, hadisə ilə bağlı rayon baytarlıq idarəsinə məlumat verilib: “Hazırda idarənin əməkdaşları əraziyə cəlb olunub. Heyvanlardan quduzluqla bağlı nümunələr götürülüb. Ölmüş heyvanlar təlimata uyğun məhv ediləcək”.

Müəllif | Apa.Tv
Apa.tv