İran: Səudiyyə Ərəbistanında şiə məscidini partladanlar cəzalandırılacaq
İran Səudiyyə Ərəbistanında şiə məscidində baş verən terror aktını qınayıb.
APA TV-nin məlumatına görə, Tehran İmam Əli məscidini partladan şəxslərin dərhal tapılması və cəzalandırılması istiqamətində addımlar atacağını bəyan edib.
Xatırladaq ki, Səudiyyə Ərəbistanının Əl-Kodeyx şəhərində şiə məzhəbli əhalinin toplandığı məsciddə törədilən partlayışda 30 nəfər ölüb, 12 yaralının vəziyyəti ağırdır. Terror aktına görə məsuliyyəti İŞİD üzərinə götürüb.
İran Xarici İşlər Nazirliyinin rəsmisi Mərziyə Əfham bildirib ki, Səudiyyə hökuməti yaranan gərginliyi aradan qaldırmaq istəyirsə, ilk növbədə İŞİD-ə qarşı mübarizəyə diqqət ayırmalı, kənar avantüralara uymamalı və qonşu dövlətlərin daxili işlərinə qarışmamalıdır.