Abid Şərifov: "Yanğın baş verən binada təmir-bərpa işləri 5 aya yekunlaşacaq"

Baş nazirin müavini, Bakıda çoxmərtəbəli binada yanğınla əlaqədar yaradılan Dövlət Komissiyasının sədri Abid Şərifov yanğın baş verən əraziyə gəlib.

 

Abid Şərifov əraziyə baxış keçirib, binada aparılan təmir-bərpa işləri ilə tanış olub, lazımi göstərişlər verib.

 

Baş nazirin müavini jurnalistlərə açıqlamasında bildirib ki, yanğın baş verən çoxmərtəbəli binada aparılan təmir-bərpa işləri 5 aya yekunlaşacaq. Artıq binada təmir-bərpa işlərinə start verilib.

 

Qeyd edək ki, mayın 19-da Bakının Binəqədi rayonunun Azadlıq prospekti, 200/36 ünvanında yerləşən çoxmərtəbəli binada baş verən yanğın nəticəsində 15 nəfər ölüb. Yanğınla əlaqədar yaradılan Dövlət Komissiyası binanın bərpa olunması barədə qərar qəbul edib. Binada əsaslı təmir və yenidənqurma işləri aparılması üçün 3 milyon manat ayrılıb.

Müəllif | Apa.Tv
Apa.tv