Hindistanda istidən ölənlərin sayı 335-ə çatdı

Son bir neçə gündə Hindistanda müşahidə olunan anomal istilər nəticəsində 335 nəfər dünyasını dəyişib.

 

APA TV-nin “The Times of India” nəşrinə istinadən məlumatına görə, havanın temperaturu atmaqda davam edir.

 

Ən qızmar hava Hindistanın cənub ştatlarında qeydə alınıb. Burada havanın temperaturu normanı 5-7 dərəcə keçərək, 48 dərəcəyə yüksəlib. Bir çox rayonda müşahidə olunan su çatışmazlığı vəziyyəti daha da çətinləşdirib. Bundan əvvəl Telanqana ştatında temperatur rekordu 1947-ci ildə qeydə alınıb.

 

Havanın temperaturunun 40 dərəcəni keçməsi Hindistanda quraqlıq mövsümü üçün xarakterikdir. Quraqlıq mövsümü martdan iyuna qədər müşahidə olunur.

 

Müəllif | Apa.Tv