Yəməndə Səudiyyə Ərəbistanının qırıcı təyyarəsi vuruldu

Səudiyyə Ərəbistanına məxsus “F-16” qırıcı təyyarə Yəmənin paytaxtı Sana şəhərinin ətrafında vurulub.

 

APA-nın “RİA Novosti”yə istinadən xəbərinə görə, bu barədə “Yemen Post” nəşri məlumat yayıb.

 

Məlumata görə, təyyarənin pilotunu aşkarlamaq mümkün olmayıb. Üsyançı husilər təyyarənin düşdüyü yerdə 2 mərmi tapıblar.

 

Nəşr üzərində Səudiyyə Ərəbistanına məxsus fərqlənmə nişanları olan təyyarə qalıqlarının şəkillərini də dərc edib.

 

Səudiyyə Ərəbistanı bu hadisəyə cavab olaraq Yəmənlə sərhəddə yerləşən Tuval kəndinə raket atıb. Nəticədə 7 nəfər yaralanıb. Yaralılardan 2-si uşaq, 4-ü qadın, 1-i isə kişidir.

 

Müəllif | Apa.Tv