Derbinin qalibi "Qalatasaray"! (QOLLAR)

Türkiyә Superliqasında 33-cü tur çərçivəsində İstanbul derbisi baş tutub.

 

APA TV-nin məlumatına görə, “Qalatasaray” “Beşiktaş”ı qәbul edib.

 

“Cim-bom” 2:0 hesabı ilə qalib gələrək çempionluğa bir pillə də yaxınlaşıb. "Qalatasaray"ın qollarına Yasin Öztəkin və Uesli Sneyder imza atıb.

 

Qeyd edək ki, son turda "Qalatasaray"ı heç-heçə də qane edirdi. "Cim-bom"un ən yaxın izləyicisi "Fənərbaxça" bu gün keçiriləcək oyunda xal itirsə, "Qalatasaray" çempionluğunu rəsmiləşdirəcək.

 

Müəllif | Apa.Tv