Azərbaycanda dollar bahalaşıb, avro ucuzlaşıb

Azərbaycan Mərkəzi Bankı həftənin ilk valyuta məzənnələrini açıqlayıb. Yeni məzənnəyə əsasən, ABŞ dollarının dəyəri bahalaşıb. Hazırda bir dolların kursu 1,0493 manat təşkil edir.

 

Avronun dəyəri isə ucuzlaşmaqdadır. Mərkəzi Bankın yeni kursuna əsasən, 1 avro 1,1529 manatdır. Rusiya rublunun dəyəri isə dəyişməyib. 1000 Rusiya rublu isə 21 manat olaraq qalıb.

 

Qeyd edək ki, məzənnənin müəyyənləşdiyi bivalyuta səbətinə ABŞ dolları, avro və rubl daxildir.

 

 

Müəllif | Apa.Tv
Apa.tv