İsrailin sabiq baş naziri həbs edildi

Yerusəlim Dairə Məhkəməsi ölkənin keçmiş baş naziri Ehud Olmert barəsində həbs qərarı çıxarıb.

 

APA TV-nin "The Jerusalem Post"a istinadən xəbərinə görə, o, 25 min ABŞ dolları məbləğində cərimə edilib və 8 ay müddətində azadlıqdan məhrum edilib.

 

Ehud Olmert amerikalı biznesmen Morris Talanskidən rüşvət almaqda təqsirləndirilib. Prokurorun iddiasına görə, keçmiş hökumət rəhbəri iş adamını aldadaraq onun 600 min dollarını mənimsəyib.

Müəllif | Apa.Tv
Apa.tv