Zooparkda qəribə hadisə: Meymunlar selfi çəkdirdi
İngiltərə zooparkında maraqlı hadisə baş verib.
Zooparkda saxlanılan oranqutanların əlinə haradansa telefon keçib. Heyvanlar bundan istifadə edərək selfi çəkdirməyə başlayıblar. Onlar fotolardan əlavə videoçəkim də ediblər. Maraqlıdır ki, meymunların telefonu sındırmaq fikri olmayıb.
Zoopark rəhbərliyi bildirib ki, telefon Sammeri və Çerri adlı dişi meymunların əlinə keçib və onlar bir-birini çəkməyə başlayıblar. Sonda meymunların əlindən telefonu almaq mümkün olub. Onlar cihazı bir neçə banan müqabilində qaytarıblar. "Biz onlara mane olmadıq, çünki telefonu sındırmaq fikirləri yox idi. Onlar cihazla bəzi insanlardan daha səliqəli davranırdılar" - deyə zoopark işçisi bildirib.