DSX külli miqdarda narkotiki ələ keçirdi
Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və qaçaqmalçılığa qarşı mübarizə tədbirləri davam etdirilir.
DSX Mətbuat Mərkəzindən APA TV-yə verilən məlumata görə, Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən 19 ay 2015-ci il tarixdə Astara rayonunun Qapıçıməhəllə kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində sərhədboyu zonada keçirilən rejim tədbirləri nəticəsində 1 ədəd bağlamada külli miqdarda - 7 kiloqram 045 qram narkotik maddə, o cümlədən 4 kiloqram 410 qram həşiş qətranı, 2 kiloqram 275 qram metofetamin və 360 qram heroin aşkar olunaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.