NATO generalı: "Rusiya nüvə zərbəsi endirə bilər"

Niderlandın Bryunsem bazasındakı NATO birləşmiş qüvvələrinin generalı Hanz-Lotar Domreze bildirib ki, onlar Rusiyanın nüvə silahı tətbiq edəcəyindən narahatdırlar.

 

APA TV-nin məlumatına görə, "Focus" jurnalına müsahibə verən generalın sözlərinə görə, NATO ehtimal edilən bu addımı ciddi nəzarətdə saxlayır: "Ruslar bunu istisna etmirlər, onlar bunu taktiki addım kimi dəyərləndirirlər. Müharibə təhlükəsi hiss olunur. Biz isə bunu istəmirik".

 

General bildirib ki, Vladimir Putin istənilən vəziyyəti tənzimləməyə qadir peşəkar oyunçudur: "O, siyasət ustasıdır, məhz bu fakt özü təhlükəlidir". Alyans nümayəndəsi vurğulayıb ki, yalnız o yox, təmsil etdiyi qurum da Rusiyanı düşmən gözündə görmür: “Amma Moskva hər zaman təhlükədir. NATO-da heç kəs müharibə istəmir. Lakin biz üzv dövlətləri qorumaq öhdəliyinə sahibik. Ümid edirəm ki, Putin bunu dərk edir".

Müəllif | Apa.Tv
Apa.tv