Bakıda Sərdar Ünsalın "Ürəyim İrəvanda qaldı" kitabının təqdimatını keçirilib
Türkiyəli yazar, İğdır Azərbaycan Evinin rəhbəri Sərdar Ünsalın Bakıda "Ürəyim İrəvanda qaldı" kitabının təqdimatını keçirib.
APA TV-nin xəbərinə görə, Sərdar Ünsal bildirib ki, bu kitab ürəyi İrəvanda qalanların həyat hekayəsini anladır: "Kitab mənim ata nənəmin həyat hekayəsidir. 1919-cu ildə ermənilər İrəvana hücum edəndə nənəm əri və bir qızı ilə İrəvanı tərk etmək məcburiyyətində qalır".
Sərdar Ünsalın sözlərinə görə, ermənilərin türk düşmənliyi nəticəsində ərini və atasını itirən nənəsi İrana, sonra isə İğdıra köçməli olur: "Qısası, roman gerçək yaşanmış bir həyat hekayəsidir. Bu romanda ermənilərin iç üzünü görmək olur. Nənəm ölənə qədər "Vətənim, vətənim" deyə səsləndi. Xüsusilə İrəvan, Bakı radiosunda gedən mahnılara qulaq asıb ağladığına çox şahid oldum".
Təqdimat mərasimində Azərbaycanın millət vəkilləri, Macarıstan millət vəkili, ictimaiyyət nümayəndələri iştirak ediblər. Qonaqlar "Ürəyim İrəvanda qaldı" kitabının əhəmiyyətindən danışıb.
Kitab Türkiyə türkcəsindədir. Müəllif kitabın Azərbaycan dilində də çap edilməsini planlaşdırır.
Təqdimatda həmçinin APA TV-yə və bir neçə ictimai xadimə İğdır Azərbaycan Evinin Azərbaycan-Türkiyə dostluq əlaqələrinin inkişafında göstərdiyi xidmətə görə fəxri diplom verilib.