Sabirabadda traktor aşdı, sürücü öldü
Sabirabadda ot daşıyan traktorun aşması nəticəsində sürücü ölüb.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə dünən saat 19.00 radəərində Sabirabad rayonunun Dadaşbəyli kəndində baş verib.
Həmin kəndin sakini, 55 yaşlı Qasımov Eynulla Mürşüd oğlu idarə etdiyi “Belarus” markalı traktoru su kanalına aşırıb. Qəza zamanı otla dolu olan traktordan tullanan sürücü aşan traktorun altında qalıb. Sürücü aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı Sabirabad Rayon Polis Şöbəsində araşdırma aprılır.