Bakıda 76 yaşlı qadını maşın vurub öldürdü
Bakıda 76 yaşlı qadını maşın vurub. APA-nın məlumatına görə, hadisə Nizami rayonu ərazisində, "Koroğlu" metro stansiyasının yaxınlığında qeydə alınıb.
1939-cu il təvəllüdlü Cəmilə Əli qızı yolu keçmək istəyərkən BMW markalı avtomobillə vurulub. Hadisədən sonra qadın 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb. Həkimlərin müdaxiləsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Qəza ilə bağlı Nizami Rayon Polis İdarəsində araşdırmalara başlanılıb. İlkin ehtimala görə, hadisə Cəmilə Əli qızı yolu piyadalar üçün nəzərdə tutulan keçiddən yox, magistraldan keçdiyi üçün baş verib. Piyadanı vuran avtomobilin sürücüsünün də maşını yüksək sürətlə idarə etdiyi bildirilir.
Qəzanın dəqiq səbəbi aparılan araşdırmalardan sonra məlum olacaq.