Bakıda qardaş qardaşı güllələdi

Bakıda silahlı insident olub. APA-nın məlumatına görə, hadisə Sabunçu rayonunun Ləhiş bağlarında qeydə alınıb.

 

Orada yaşayan, 1972-ci il təvəllüdlü İmran Soltanov yaşadığı evdə ov tüfəngi ilə qardaşı, 1977-ci il təvəllüdlü Tərlanı güllələyib. Nəticədə qol və qarın nahiyəsində güllə yarası alan Tərlan Soltanov xəstəxanaya yerləşdirilib. 

 

Hadisəni törədən İmran Soltanov saxlanılıb. Ondan hadisə zamanı istifadə etdiyi silah götürülüb. Vesti.az-ın məlumatına görə, istintaqa ilkin ifadəsində İmran qətli törədərkən sərxoş olduğunu etiraf edib. Onun sözlərinə görə, atası və kiçik qardaşı daim onu döyüblər. Ona görə də qardaşı ilə haqq-hesab çəkmək üçün ov tüfəngi əldə edib.

 

Hər iki qardaş ailəli olub. Onlar bir evdə yaşayırmışlar.

Müəllif | Apa.Tv
Apa.tv