Bakıda yaşayış evi yandı, ölən var - YENİLƏNİB

"Gördüm səs gəlir. Qaçdım çölə, gördüm ev yanır. Sağ olsun qonşular, yanğınsöndürənlər gələnə qədər kömək elədilər. Gördük arvad evdə ölüb. Qudamdır".

 

Ölümlə nəticələnən yanğın hadisəsi Suraxanı rayonu, Hövsan qəsəbəsi, Şabanov küçəsində qeydə alınıb.

 

APA TV-nin məlumatına görə, hadisə səhər saat 10:00 radələrində baş verib. Olay yerinə Fövqəladə Hallar Nazirliyinin 3 yanğınsöndürən maşını, canlı qüvvəsi və Suraxanı rayon Polis İdarəsinin 30-cu polis bölməsinin əməkdaşları cəlb olunub. Yanğın qısa vaxt ərzində yanğınsöndürənlər tərəfindən söndürülüb.

 

Sahə müvəkkili Rasim Baxşıyev bildirib ki, yanğın zamanı ev sahibəsi, 1948-ci il təvəllüdlü Səlimova Tamilla Miryusif qızı həlak olub: "Onun yanmış meyiti aşkar edilib. Deyilənə görə, evdə yataq xəstəsi olub. Özü, oğlu və gəlini yaşayıblar. Amma oğlu və gəlini evdə olmayıb. Onlar gəmidə işləyirlər".

 

Yanğının səbəbləri Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən araşdırılır. 

Müəllif | Apa.Tv
Apa.tv