Şabranda iki maşın toqquşdu: bir yaralı

Ötən gün axşam saatlarında Şabran rayonunda ağır yol nəqliyyat hadisəsi baş verib.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə Bakı-Quba-Rusiya Federasiyası yolunun 131-ci km-də qeydə alınıb.

 

1981-ci il təvəllüdlü, Bakı şəhər sakini Balaqadaşov Rəşad Vaqif oğlunun idarə etdiyi “BMW” markalı avtomobillə 2-ci dərəcəli kənd yolundan magistrala çıxan 1965-ci il təvəllüdlü, Şabran rayonunun Gəndob kənd sakini Abbasov Bahadır Məhəmməd oğlunun idarə etdiyi “Mercedes” markalı avtomobil toqquşub.

 

Qəza nəticəsində “BMW”-də olan 1986-cı il təvəllüdlü sərnişin, Şabran rayonunun Gəndob kənd sakini Muradov Vidadi Ənvər oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. O, Şabran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Hazırda vəziyyəti orta ağırdır və müalicəsi xəstəxananın reanimasiya şöbəsində davam etdirilir.

 

Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin istintaq və təhqiqat bölməsində araşdırmalar davam etdirilir.

Müəllif | Apa.Tv
Vəli Turan