Bakıda kişi özünü 15-ci mərtəbədən atıb

Azərbaycan paytaxtında intihar hadisəsi baş verib. APA-nın məlumatına görə, hadisə dünən axşam saatlarında Nəsimi rayonu, Xətai prospekti ev 38, mənzil 316 ünvanında qeydə alınıb.

 

Həmin ünvanda yaşayan, 1980-ci il təvəllüdlü Qurban Hacırəsul oğlu Yəhyayev yaşadığı evin 15-ci mərtəbəsindən özünü atıb. Nəticədə o, aldığı xəsarətdən hadisə yerində ölüb.

 

Məlumata görə, Qurban Yəhyayev əsəb xəstəliyindən əziyyət çəkib.

 

Faktla bağlı Nəsimi rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb.

Müəllif | Apa.Tv
Apa.tv