Liviyanın baş nazirinə sui-qəsd oldu

Liviyanın baş naziri Abdulla Abdurrəhman at-Taniyə sui-qəsd olub.

 

APA TV-nin xəbərinə görə, bu barədə "Sky News Arabia" telekanalı məlumatına yayıb.

 

Məlumata görə, hökumət kortejinə silahlı hücum ölkənin şərqindəki Tobruk şəhərində törədilib. Hücum nəticəsində bir neçə cangüdən yaralanıb, Abdulla Abdurrəhman at-Tani xəsarət almayıb.

 

Qeyd edək ki, paytaxt Tripoli üsyançıların nəzarətinə keçdikdən sonra hökumət Tobruk şəhərinə köçməyə məcbur olub.

 

Müəllif | Apa.Tv