Dollar bahalaşdı, rubl və avro dəyər itirdi

Azərbaycan Mərkəzi Bankı bu günə olan valyuta məzənnələrini açıqlayıb. Yeni məzənnəyə əsasən, ABŞ dollarının dəyəri bir qədər də bahalaşıb. Hazırda bir dolların kursu 1,0498 manat təşkil edir. Rusiya rublu isə bir gün əvvələ nisbətən ucuzlaşıb. Mərkəzi Bank 1000 rublun dəyərini 20 manat 60 qəpik olaraq müəyyənləşdirib.

 

Avronun dəyəri də ucuzlaşmaqdadır. Mərkəzi Bankın yeni kursuna əsasən, 1 avro 1,1423 manatdır.

 

Qeyd edək ki, məzənnənin müəyyənləşdiyi bivalyuta səbətinə ABŞ dolları, avro və rubl daxildir. 

Müəllif | Apa.Tv
Apa.tv