İranlı generalı: "Yəmənə hücum Səudiyyə Ərəbistanının yox olmasına səbəb olacaq"

"Yəmənə hücum xalqa edilən zülmdür və bu zülm Səudiyyə Ərəbistanının yox olmasına səbəb olacaq".

 

APA TV-nin "İRNA"ya istinadən xəbərinə görə, bu sözləri İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Həsən Firuzabadi Dezful şəhərində keçirilən tədbirdə deyib.

 

Onun sözlərinə görə, Yəmənə yönəlmiş əməliyyat Səudiyyə xanədanlığının qürurundan qaynaqlanır.

 

Firuzabadi hücumlarda ABŞ-ı da günahlandırıb. "ABŞ uzun illərdir bu bölgədə sui-qəsdlər törədir, ancaq xalqların dirənişi ilə qarşılaşaraq məğlub olur. Biz heç bir ölkəyə müharibə arzulamırıq. Ancaq islami dəyərləri və dünya məzlumlarını qorumağa hazırıq" - deyə iranlı general bildirib.

 

Qeyd edək ki, Yəməndə husilərin irəliləməsinin qarşısını almaq üçün Səudiyyə Ərəbistanının rəhbərliyi ilə koalisiya qüvvələri martın 26-dan əməliyyata başlayıb. Yəmənə çoxlu sayda hava zərbələri endirilib, yüzlərlə insan həyatını itirib.

 

Müəllif | Apa.Tv
Apa.tv