Sumqayıtda dəhşətli qəza: avtobus yük maşınlarına çırpıldı
Bu gün Bakı-Quba yolunun Sumqayıtdan keçən hissəsində dəhşətli qəza baş verib.
Sumqayıt şəhər Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Hacı Zeynalabdin Tağıyev qəsəbəsi istiqamətində hərəkət edən “Otoyol” markalı marşrut avtobusu "KamAZ" və “Shacman” markalı yük avtomobilləri ilə toqquşub.
Nəticədə avtobusun sürücüsü və 11 sərnişin ağır xəsarət alıb. Onlardan birinin vəziyyəti ağırdır.
Faktla bağlı araşdırma aparılır.