İtaliya mafiyasının başçısı 28 il gizləndiyi Braziliyada ələ keçdi
Braziliyada İtaliya mafiyasının başçılarından biri həbs edilib.
APA TV-nin "Euronews"a istinadən verdiyi məlumata görə, Paskule Skotti ağır cinayətlərin törədilməsində, sifarişində və təşkilində təqsirləndirilir.
O, 28 ildir vətənindən qaçıb və bu müddət ərzində Braziliyada gizlənib. Bu ölkədə ailə həyatı quran Skotti özünü biznesmen kimi qələmə verib. Hazırda onun İtaliyaya ekstradisiyası barədə danışıqlar gedir.