İraqdan nefti ucuzlaşdırmaq siyasəti!
İraq gələn ay dünya bazarına çıxaracağı neft məhsullarının həcmini 26 faiz artırmaq niyyətindədir.
APA TV-nin məlumatına görə, bu, Qətərin bazara çıxardığı gündəlik neftin həcmindən çoxdur.
OPEK-in iyunun 5-nə təyin olunan yarımillik toplantısında gündəlik kvotanın həcmini 30 milyon barel həcmində saxlamaq barədə qərar qəbul edəcəyi gözlənilir. Reallıqda isə OPEK bundan çox - gündə 30,84 milyon barel neft hasil edir. İraq neft hasilatını artırarsa, bu rəqəm də artmış olacaq. Aprel ayında İraq gündəlik ixracatın həcmini rekord həddə - 3,1 milyon barelə çatdırıb. Ötən il bu rəqəm 3,3 milyon barel təşkil edib. Ölkə 2018-ci ilədək gündəlik hasilatı 6 milyon barelə çatdırmaq niyyətindədir.
OPEK üzvü ölkələrin bu siyasəti dünya bazarında neftin qiymətini yenidən ucuzlaşdırmağa, rəqib ölkələri bazardan sıxışdırmağa hesablanıb.