Moskva bankomatlarını partladan dəstə ələ keçdi: dəstəbaşı ermənidir
Moskvada 3 nəfərdən ibarət cinayətkar dəstə yaxalanıb. APA TV-nin "Vesti.ru"ya istinadən verdiyi məlumata görə, şəhərdə fəaliyyət göstərən bank binalarından birinin qarşısında yerləşdirilən bankomatı partladan dəstə üzvlərindən biri ermənidir. Dəstəyə məhz onun başçılıq etdiyi bildirilir. Onların törətdiyi partlayış bankın binasına xeyli zərər vurub. Onlar oğurlamaq istədikləri pulları çemodana da yığmağa vaxt tapıblar. Lakin hadisə yerinə gələn polis cinayətkarlara ələ keçirdikləri məbləği aparmağa imkan verməyib. Xatırladaq ki, Rusiya paytaxtında son vaxtlar analoji hadisənin sayı artıb. Araşdırma aparılır.