FHN Akademiyasında Respublika Günü münasibətilə tədbir keçirilib
Bu gün Fövqəladə Hallar Nazirliyinin Akademiyasında 28 May - Respublika Günü münasibətilə tədbir keçirilib.
APA TV-nin xəbərinə görə, Akademiyanın inzibati binasının akt zalında təşkil olunan tədbiri açan FHN-in Akademiyasının rəisi general-mayor Pənah Süleymanov tədbir iştirakçılarını salamlayıb və Respublika Günü münasibətilə təbrik edib. Sonra Azərbaycan Respublikasının Dövlət himni səslənib.
28 May - Respublika Gününün əhəmiyyətindən danışan akademiyanın rəisi müstəqilliyimizin bərpasında və qorunmasında ümummilli lider Heydər Əliyevin misilsiz rolunu qeyd edib, onun siyasi kursunun layiqli davamçısı, müstəqilliyimizin möhkəmləndirilməsi və dövlətimizin qüdrətinin artırılması naminə yorulmadan çalışan prezident İlham Əliyevin xidmətlərindən söz açıb.
Daha sonra çıxış edən FHN Akademiyasının rəis müavini polkovnik Afət Qurbanov müstəqilliyimizin tarixindən söz açıb, bu günün əhəmiyyətindən bəhs edib.