Nabran çimərliklərində dəniz suyunun müayinəsi aparılır

Nabran istirahət zonasında çimərlik mövsümünə hazırlıq işləri başa çatmaq üzrədir. APA TV-nin yerli bürosunun məlumatına görə, sahil hissələrində aparılan işlərlə bərabər çimərliklərdəki dəniz suyunun müayinəsi də aparılır. Yoxlamalar Xəzər dənizinin Xaçmaz rayonuna düşən və çimərlik kimi nəzərdə tutulan 5 müxtəlif sahil zolağında keçirilib.

 

Bu vaxta kimi çimərliklərin yoxlanılması 3 dəfə aparılıb. Xaçmaz rayon Taun Əleyhinə Stansiyada aparılan müayinələr zamanı suyun bakterioloji tərkibi yoxlanılıb. Analizlər zamanı  dəniz suyunda bağırsaq çöplərinə rast gəlinib. Amma xəstəlik törədiciləri  insan orqanizminə mənfi təsir edəcək səviyyədə olmayıb.

 

Dəniz suyunun müayinəsi ayda iki dəfə olmaqla oktyabr ayına kimi davam etdiriləcək. 

Müəllif | Apa.Tv
Vəli Turan