Şəkidə mikroavtobus aşdı, 4 yaralı var

Şəkidə 75 yaşlı kişinin idarə etdiyi mikroavtobusun aşması nəticəsində 4 nəfər xəsarət alıb.  APA TV-nin məlumata görə, hadisə ötən axşam Yevlax-Zaqatala-Gürcüstan sərhədi magistral yolunun Şəki rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Şəki rayonunun Çələbixan qəsəbə sakini, 1940-cı il təvəllüdlü  Aftandil Alış oğlu Əliyevin Bərdə-Şəki marşrutu ilə idarə etdiyi mikroavtobus şinin partlaması nəticəsində yoldan çıxaraq aşıb. Qəza nəticəsində sürücü Aftandil Əliyev və sərnişinlər - Şəki rayonunun Çayqaraqoyunlu kənd sakinləri, 53 yaşlı Zafta Sərdar qızı İbrahimova və 49 yaşlı Sevda Yusif qızı İbrahimova aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılıblar.

 

Qəza zamanı xəsarət alan daha bir sərnişinə - 36 yaşlı Elman Zahid oğlu Quliyevə hadisə yerində ilkin tibbi yardım göstərilib.

 

Faktla bağlı Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat bölməsində araşdırma aparılır. 

Müəllif | Apa.Tv
Apa.tv