İŞİD Anbar və Səlahəddində 30 hərbçini öldürdü - TERROR AKTI
İŞİD terrorçuları İraqda polis məntəqələrinə hücum edib, hücum zamanı ən azı 30 hərbçi öldürülüb. Terror aktları ölkənin Anbar və Səlahəddin vilayətlərində törədilib.
İraq rəsmilərinin məlumatına görə, 3 terrorçu Əl Mazradakı hərbi polis bölməsini hədəf alıb. Bundan bir müddət öncə İraq ordusu Anbarda hərbi əməliyyata başlamışdı. İraqlı əsgərlər və təhlükəsizlik qüvvələri bölgədəki Şiə milisi Haşduş Şabi ilə birlikdə İŞİD terrorçularına qarşı mübarizə aparır.
Döyüşlər nəticəsində Ramadinin şimal-qərbində yerləşən Anbar Universitetinə nəzarət İŞİD-dən geri alınıb. 200-dən çox terrorçu Haşduş Şabi tərəfindən əsir götürülüb.
Qeyd edək ki, İŞİD Anbarın vilayətinin bütün ərazisinə nəzarət edir. Kərkük və Səlahəddin vilayətləri isə İraq ordusu, peşmərgə və şiə milislərin əlindədir. Tikrit istisna olmaqla Mosulun böyük bir hissəsi terrorçuların nəzarətindədir.