Hizbullah Rəmadi qaçqınlarının gözlərini bağlayıb, bir-birinə zəncirlədi
İraqda şiə polislər yüzlərlə mülki şəxsi zəncirləyərək gəzdirib. İraqlı hərbçilərin geri çəkilməsindən sonra mayın 17-də Rəmadi şəhəri İŞİD terrorçularının əlinə keçib. İŞİD-in qətliamından qaçan yüzlərlə insan İraq və Hizbullah polisi tərəfindən saxlanılıb. APA TV-nin Livanın "Al Mayaden" televiziyasına istinadən verdiyi xəbərə görə, şiə polislər onları "mülki geyimli İŞİD terrorçusu" hesab edib. Rəmadi sakinləri biri-birinə zəncirlənərək səhraya aparılıblar. Hizbullah bu videonu yayaraq yüzlərlə "İŞİD terrorçusu" ələ keçirdiyini elan edib. Gözləri bağlı insanlar Anbar vilayətindən başqa yerə aparılırmış. Bir müddət sonra isə onların terrorçu yox, Rəmadidən qaçan mülki şəxslər olduğu müəyyənləşib. "Al Mayaden" şiə polislərinin qəddarlıqda İŞİD terrorçularından geri qalmadıqlarını bildirib.