Ermənilər işğal olunmuş ərazilərimizdə yanğın törədiblər
Ermənistan Silahlı Qüvvələri işğal etdikləri Azərbaycan torpaqlarında yanğın törətməkdə davam edir.
APA TV-nin məlumatına görə, düşmən Ağdamın işğal altında olan Baş Qərvənd kəndinin ərazilərinə od vurub. Yanğın hazırda qoşunların təmas xəttindəki neytral sahəyə keçib.
Yanğının miqyası getdikcə genişlənir.