Göytəpədə gənc sərhədçilərin andiçmə mərasimi keçirildi

Dövlət Sərhəd Xidmətinin (DSX) Göytəpə şəhərində yerləşən “N” saylı hərbi hissəsində gənc əsgərlərin andiçmə mərasimi keçirilib.

 

APA-nın cənub bürosunun məlumatına görə, valideynlərin, ictimaiyyət nümayəndələrinin və jurnalistlərin iştirak etdikləri mərasimdə gənc əsgərlər təntənəli şəkildə hərbi anda gətirilib. Daha sonra DSX-nin rəisi, Sərhəd Qoşunlarının komandanı, polkovnik-leytenant Elçin Quliyevin təbrik məktubu oxunub.

 

Gənc əsgərləri andiçmə və Respublika Günü münasibətilə təbrik edən DSX rəisinin müavini, general-mayor Azad Ələkbərov onlara Vətənə sədaqətlə xidmət etməyi, sərhədlərimizi göz bəbəyi kimi qorumağı tövsiyə edib.

 

Tədbirdə çıxış edən gənc əsgərlərin valideynləri yaradılmış şəraitə görə ölkə başçısına minnətdarlıqlarını bildiriblər.

 

Mərasim şəxsi heyətin təntənəli marşın sədaları altında nizamlı addımlarla tribunanın önündən keçməsi ilə başa çatıb.

 

Müəllif | Apa.Tv