Qaxda mobil telefonla danışan qızı ildırım vurdu

Qax rayonunda 26 yaşlı qızı  ildırım vurub.

 

APA TV-nin  məlumatına görə, hadisə mayın 28-i axşam saatlarında Qax rayonunun Zəyəm kəndində baş verib.

 

1989-cu il təvəllüdlü Nurlu Səməndər qızı Surxayeva yaşadığı evin həyətyanı sahəsində mobil telefonla danışan zaman onu ildırım vurub. 26 yaşlı Nurlu Surxayeva Qax Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

 

Qax MRX-dan APA TV-yə verilən məlumata görə, N.Surxayeva xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir.

 

Müəllif | Apa.Tv
Vüqar Heydərov