Bakıda Respublika Günü münasibətilə konsert və möhtəşəm atəşfəşanlıq...
Bakı Şəhər İcra Hakimiyyəti 28 May - Respublika Günü münasibətilə paytaxtda bayram konserti təşkil edib.
APA TV-nin məlumatına görə, konsert proqramı Dənizkənarı Milli Parkın ərazisində saat 21:00-da başlayıb.
Saat qülləsinin yanında bir neçə saat davam edən konsertdə şəhər sakinləri və paytaxtın qonaqları respublikanın tanınmış incəsənət ustalarının çıxışlarını izləyiblər.
Konsertdən sonra möhtəşəm atəşfəşanlıq olub.