Moskvada polisi qətlə yetirməkdə günahlandırılan azərbaycanlı tutuldu
Mayın 27-də Moskva dairəvi avtomobil yolunda polis əməkdaşını qətlə yetirməkdə günahlandırılan azərbaycanlı yaxalanıb.
APA-nın “İnterfax”a istinadən xəbərinə görə, saxlanılan şəxsin 1990-cı il təvəllüdlü Rəşidov Nemət İlham oğlu olduğu bildirilir. Onun haqqında həbs-qətimkan tədbiri seçilib.
Qeyd edək ki, mayın 27-də gecə saat 03.00 radələrində polis əməkdaşları içində şübhəli şəxsin olduğu “QAZel” avtomobilini təqib ediblər. Moskva dairəvi yolunun 24-cü kilometrliyində “QAZel” patrul avtomobilləri tərəfindən dayandırılıb. Lakin cinayətdə günahlandırılan şəxs meşəyə qaçıb. Onu yaxalamağa çalışan polis əməkdaşlarından biri azı 3 bıçaq yarası alaraq hadisə yerində keçinib.