Sabah Azərbaycanda 35 dərəcə isti olacaq

Mayın 30-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan APA TV-yə verilən məlumata görə, şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 19-24, gündüz 28-33 dərəcə isti olacaq.

 

Sabah Azərbaycanın rayonlarında hava şəraitinin gündüz əsasən, yağmursuz keçəcəyi, lakin axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı və qısamüddətli yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 17-22, gündüz 30-35, dağlarda gecə 10-15, gündüz 22-27 dərəcə isti olacaq.

 

Tibbi meteoroloji proqnoza gəlincə, mayın 30-da Abşeron yarımadasında havanın temperaturu iqlim normasından bir qədər yüksək olsa da, mülayim xəzri küləyinin əsməsi meteohəssas insanlar üçün əlverişlidir. Mayın 31-də isə gündüz cənub-şərq küləyinin üstünlüyü fonunda rütubətliyinin bir qədər artması bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər. 

 

Müəllif | Apa.Tv
Apa.tv