Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Siyəzəndə vətəndaşları qəbul edib

Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov bu gün Siyəzən şəhərində vətəndaşları qəbul edib.

 

APA TV-nin şimal bürosunun məlumatına görə, Mədəniyyət Mərkəzində qəbulda Siyəzən, Şabran, Quba, Qusar, Xaçmaz rayonlarının sakinlərinin və həmin rayonlarda məskunlaşan məcburi köçkünlər iştirak edib.

 

Vətəndaşların müraciətlərinin bir çoxu yerindəcə həllini tapıb, bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun zəruri tədbirlərin görülməsi barədə aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib.

Müəllif | Apa.Tv
Apa.tv