İŞİD suriyalıya qəbrini qazdırıb başını kəsdi
İŞİD terrorçularının yeni edam görüntüləri yayılıb. APA TV-nin xəbərinə görə, terrorçular bu dəfə edam ediləcək şəxsə əvvəlcə öz qəbrini qazdırıblar.
Suriyalı olduğu bildirilən şəxs casusluqda günahlandırılıb. Adının Ziyad Abdul əl-Əbu Tarık olduğunu deyən məhkum İŞİD əleyhinə casusluq etdiyini etiraf edib.
Narıncı rəngli geyimdə olan suriyalı çölün ortasında qazma və külünglə öz qəbrini qazıb, daha sonra İŞİD bayrağı daşıyan avtomobillə gələn terrorçu məhkumun başını kəsib.