Cəlilabadda kütləvi zəhərlənmə baş verib
Cəlilabadda kütləvi zəhərlənmə baş verib. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə rayonun Göytəpə şəhərində qeydə alınıb.
Tovuz rayonunun Ağdam kəndindən Göytəpəyə hərbi andiçmə mərasiminə gələn 7 nəfər özləri ilə gətirdikləri qidanı qəbul etdikdən sonra vəziyyətləri pisləşib, halsızlıq və ürəkbulanma əlamətləri müşahidə olunub. Onlar dərhal Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Zəhərlənən şəxslərin sözlərinə görə, onlar yedikləri dolmadan zəhərləndiklərini ehtimal edirlər. Zəhərlənənlər şəxslər - 1951-ci il təvəllüdlü Bayramova Ədalət, 1943-cü il təvəllüdlü Həsənova Minayə Qoca qızı, 1980-ci il təvəllüdlü Həsənova İlhamə Tağı qızı, 1963-cü il təvəllüdlü Həsənova Agül Zeynalabidin qızı, 2010-cu il təvəllüdlü Əsədov Murad İlqar oğlu, 2003-cü il təvəllüdlü Həsənov Pənah Qoca oğlu və 1964-cü il təvəllüdlü Rüstəmov Qurban Tapdıq oğludur. Onlardan Ədalət Bayramovanın vəziyyəti hələlik ağır olaraq qalır.
Zəhərlənən şəxslərin qəbul etdikləri yeməklərdən analiz nümunələri götürülərək Bakıya müayinəyə göndərilib.