Gəncədə yaşayış binasında partlayış: bir nəfər yandı

Gəncə şəhərində yaşayış evində partlayış olub.

 

APA TV-nin qərb bürosunun verdiyi məlumata görə, hadisə bu gün saat 15 radələrində şəhərin Yeni Gəncə qəsəbəsində 8 mərtəbəli binanın 8-ci mərtəbəsində Xalid Həsənova  məxsus 4 otaqlı evdə baş verib.

 

Hadisə yerinə Gəncə Dövlət Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən avtomobili cəlb edilib. Mənzildə baş verən partlayış zamanı orada işləyən usta ağır yanıq xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilib.

 

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Azər Məmmədli