Bakıda minik avtomobili yanıb
Bakıda minik avtomobili yanıb. APA TV-nin məlumatına görə, hadisə ötən axşam Suraxanı rayonu ərazisində baş verib.
“Mercedes” markalı avtomobil hərəkətdə olan vaxt qəfildən alışıb. Sürücü maşını vaxtında tərk edə bilib. O, avtomobilin alışması ilə bağlı öz ehtimalını da açıqlayıb: "Yol gedəndə maşın alışdı. Özüm də yanırdım az qala. Bu gün maşının yağını dəyişdirəndə qoxu hiss elədim".
Hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə briqadası cəlb edilib. Yanan avtomobil söndürülüb, təhlükəsizlik tədbirləri görülüb. Ətrafdakı avtomobillər yanğından mühafizə edilib.